Dövlət əleyhinə açıq çağırışlarda təqsirləndirilən Altay Göyüşovun məhkəməsinin vaxtı məlum olub

Dövlət əleyhinə açıq çağırışlarda təqsirləndirilən Altay Göyüşovun məhkəməsinin vaxtı məlum olub backend

Dövlət əleyhinə yönələn açıq çağırışlar etməkdə təqsirləndirilən Altay Göyüşovun məhkəməsi başlayır.

Apa xəbər verir ki, cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun icraatına verilib.

Məhkəmənin hazırlıq iclası 29 dekabra təyin edilib.

Qeyd edək ki, Altay Göyüşov barəsində Cinayət Məcəlləsinin 281.2-ci (Dövlət əleyhinə yönələn açıq çağırışlar, təkrar və ya bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlbetmə haqqında qərar qəbul edilib.

O, istintaqdan qaçaraq Azərbaycan hüdudlarından kənarda gizləndiyi üçün barəsində ittiham elan edilməsi ilə bağlı axtarış elan olunub.

Binəqədi Rayon Məhkəməsinin bu il 23 fevral tarixli qərarı ilə barəsində qiyabi həbs qətimkan tədbiri seçilib.

Sentyabrın 17-də ittihamın məzmununa əlavələr və dəyişikliklər edilərək Altay Göyüşovun barəsində Cinayət Məcəlləsinin 281.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilib.

Qeyd olunub ki, o, 20 aprel 2020-ci ildə “YouTube” internet platformasında “Düz Danışaq” adlı kanalda və 2 sentyabr 2024-cü il və 1 yanvar 2025-ci ildə “Altay Göyüşov” adlı Facebook kanalında qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək Azərbaycanda qanuni əsaslarla formalaşmış və fəaliyyət göstərən mövcud hakimiyyətə qarşı zor tətbiqi çıxmağı təşviq edən açıq çağırışlar edib və yayıb.