Naxçıvanda ər-arvad dəm qazından ölüb

Naxçıvanda ər-arvad dəm qazından ölüb backend

Naxçıvanda ər-arvad dəm qazından ölüb.

 

APA-nın yerli bürosu xəbər verir ki, hadisə Babək rayonu, Hacıvar kəndində baş verib.

 

Dəm qazı sızması nəticəsində 1996-cı il təvəllüdlü Altay Cəfərov və onun həyat yoldaşı, 1998-ci il təvəllüdlü Səmənnaz Cəfərova dünyasını dəyişib.

 

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

 

Faktla bağlı Babək Rayon Prokurorluğunda araşdırma aparılır.