Dünən Balakəndə baş verən ağır yol qəzasında ölənlərin sayı ikiyə çatıb.
Apa-nın məlumatına görə, qəza zamanı müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan rayonun Yeni Şərif kənd sakini 31 yaşı Şamil Saxalov 16 dekabr axşam saatlarında müalicə aldığı Balakən Rayon Mərkəzi Xəstəxanasında (RMX) dünyasını dəyişib.
***
15.12.2025
19:04
Balakəndə “VAZ” markalı iki minik avtomobili toqquşub, ölən və xəsarət alanlar var.
Apa-nın məlumatına görə, hadisə axşam saat 17 radələrində rayonun Talalar kəndi ərazisində baş verib.
Hərəkətdə olan “VAZ 2106” və “VAZ 21015” markalı iki minik avtomobili toqquşub. Qəza zamanı “VAZ-2106”nın sürücüsü, 30 yaşlı Əyyub Anqbazov aldığı xəsarətlərdən Balakən Rayon Mərkəzi Xəstəxanasının (RMX) Təcili Tibbi Yardım Şöbəsində ölüb. Digər nəqliyyat vasitəsinin sürücüsü 22 yaşlı Rufan Bayramov və “VAZ-2106”da olan sərnişin, 31 yaşlı Şamil Saxalov aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Balakən RMX-nın Təcili Tibbi Yardım Şöbəsinə yerləşdiriliblər.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan APA-ya bildirilib ki, faktla bağlı Balakən Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, araşdırmalar aparılır.



