Azərbaycanın yəhudiəsilli Milli Qəhrəmanı Albert Aqarunovun qardaşı Robert Aqarunov vəfat edib.
Qaziler.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə qardaşı Rantik Aqarunov məlumat yayıb. O qeyd edib ki, qardaşı ötən gün İsraildə dəfn edilib.
Məlumata görə, Robert Aqarunov dekabrın 11-də 59 yaşında uzunsürən xəstəlikdən dünyasını dəyişib.



