Bakıda reabilitasiya mərkəzində ölüm faktı baş verib.
Qaziler.az Apa-ya istinadən xəbər verir ki, hadisə dekabrın 9-da Xəzər rayonu Şüvəlan qəsəbəsinin ərazisində yerləşən "Birlik" reabilitasiya mərkəzində qeydə alınıb.
Bakı şəhər sakini 1982-ci il təvəllüdlü Anar Şəfiyev müalicə aldığı mərkəzdə naməlum səbəbdən ölüb.
Faktla bağlı araşdırmalar aparılır.
Qeyd edək ki, adıçəkilən mərkəzin narkomaniya, alkoqolizm və digər asılılıqlarla mübarizə apardığı bildirilib.



