Hökməli–Qobu yolundakı avtomobil qəzasında ölənlərin sayı 3-ə çatıb - YENİLƏNİB

Hökməli–Qobu yolundakı avtomobil qəzasında ölənlərin sayı 3-ə çatıb - YENİLƏNİB backend

Hökməli–Qobu yolunda baş verən avtomobil qəzasında ölənlərin sayı 3-ə çatıb.

Bu barədə "Report"un sorğusuna cavab olaraq Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən bildirilib.

Qeyd olunub ki, dekabrın 8-də saat 09:30 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Qobu ərazisindən yol-nəqliyyat hadisəsinin baş verməsi səbəbilə çağırış qeydə alınıb.

Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub.

Təcili tibbi yardım briqadası tərəfindən 2 nəfərin (kişi) həkiməqədər ölüm faktı, 1 nəfərin (qadın) isə xəstəxanaya qədər ölüm faktı qeydə alınıb.

12:10

Hökməli–Qobu yolunda baş verən ağır yol-nəqliyyat hadisəsində ölənlərin sayı artıb.

"Report"un yerli bürosu xəbər verir ki, qəza zamanı yük maşını ilə toqquşan "Toyota Prius" markalı nəqliyyat vasitəsində olan qadın təcili tibbi yardım avtomobili ilə xəstəxanəyə aparılarkən yolda həyatını itirib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

11:52

Hökməli–Qobu yolunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un yerli bürosunun məlumatına görə, hadisə zamanı yük avtomobili minik avtomobili ilə toqquşub.

Qəza nəticəsində minik avromobilinin sürücüsü Zaur Əliyev aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.