Biləsuvarda yol qəzasında ölən 5 nəfərin şəxsiyyəti məlum olub - YENİLƏNİB

Biləsuvarda yol qəzasında ölən 5 nəfərin şəxsiyyəti məlum olub - YENİLƏNİB backend

Biləsuvar rayonunda baş vermiş ağır yol qəzasında ölən 5 nəfərin kimliyi məlum olub.

 

Qaziler.az-ın "Report"a istinadən məlumatına görə, hadisə nəticəsində sürücü Vasif Həsənli (2003-cü il təvəllüdlü) və sərnişinləri; Rusif Həsənli (2001), İldırım Həsənli (1990), Məhəmməd Məmmədli (2000), Əliqardaş Rəsulzadə (2007) dünyasını dəyişib.

 

Faktla bağlı araşdırma aparılır.

 

09:53

 

Biləsuvar rayonunda ağır yol qəzası baş verib.

 

"Report"un Muğan bürosunun məlumatına görə, hadisə Zəhmətabad kəndində qeydə alınıb.

 

Belə ki, idarəetmədən çıxan "Lexus" markalı minik avtomobili su kanalına aşıb. Qəza nəticəsində avtomobildə olan 5 nəfər suda boğularaq ölüb.

 

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan "Report"un Muğan bürosunun sorğusuna bildirilib ki, sürücü V.Həsənlinin "Lexus" markalı minik avtomobilinə idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi yolun kənarındakı su kanalına aşıb.

 

Araşdırma aparılır.