Quldurluq cinayətinə görə boksçu kimi tanınan Tülin Ələkbərova və onun tələbəsini polis saxlayıb.
Qaziler.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə Abşeron rayonu ərazisində baş verib.
Onlar dekabrın 4-də 2004-cü il təvəllüdlü şəxsə kəsici alətlə xəsarət yetirərək quldurluq yolu ilə onun 110 manat pulunu ələ keçirməkdə şübhəli bilinirlər.
Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə 21 yaşlı Tülin Ələkbərova və 19 yaşlı Abbas Rəhimli tutulublar.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Qeyd edək ki, T.Ələkbərova bir neçə ay əvvəl xuliqanlıq əməlinə görə məhkəmə qarşısına çıxarılmış və 6 ay müddətinə azadlığın məhdudlaşırılması cəzasına məhkum edilmişdi. Hazırda onun üzərində elektron qolbaq var.



