Şəmkirdə yol qəzasında xəsarət alanların SON VƏZİYYƏTİ - YENİLƏNİB

Şəmkirdə yol qəzasında xəsarət alanların SON VƏZİYYƏTİ - YENİLƏNİB backend

04.12.2025-ci il tarixində saat 07:35 radələrində Şəmkir rayonunda baş verən yol-nəqliyyat hadisəsi səbəbəbilə 12 nəfər (11-i qadın, 1-i kişi olmaqla) Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

 

Bu barədə Trend-in sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.

 

Bildirilir ki, onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travması diaqnozu təyin olunub.

 

"Xəsarət alan şəxslərin müalicəsi tibb müəssisəsində davam etdirilir.

 

Hazırda 10 nəfərin vəziyyəti orta ağır, 2 nəfərin vəziyyəti isə ağır olaraq qiymətləndirilir", - məlumatda qeyd olunub.

 

xxx

 

09:49

 

Şəmkirdə “Mercedes” markalı mikroavtobus idarəetməni itirərək yol kənarındakı su kanalına aşıb.

 

Trend xəbər verir ki, hadisə nəticəsində 12 nəfər xəsarət alıb.

 

Belə ki, zərərçəkənlərə rayon mərkəzi xəstəxanasında tibbi yardım göstərilir.

 

Yevlaxdan Şəmkirdəki istixanaya işçi daşıyan mikroavtobusda 20-dən çox sərnişin olub.