Ağdərədə minaya düşən şəxsin vəziyyəti açıqlanıb.
Qaziler.az bildirir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
"Ağdərə rayonunun Şıxarx qəsəbəsi yaxınlığında minaya düşmə nəticəsində xəsarət alan 1970-ci il təvəllüdlü şəxs (kişi) dekabrın 3-də, saat 17 radələrində Tərtər Rayon Mərkəzi Xəstəxanasından Bərdə Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım şöbəsinə təxliyə olunub.
Pasiyentə partlayış travması və sağ baldırın aşağı 1/3 hissəsinin travmatik amputasiyası diaqnozu qoyulub. Hazırda üzərində əməliyyat icra olunur, vəziyyəti ağırdır", - məlumatda qeyd olunub.



