Rusiya tankerinə hücum nəticəsində yaralananların sayı açıqlanıb

Rusiya tankerinə hücum nəticəsində yaralananların sayı açıqlanıb backend

Qara dənizdə Rusiyanın “Midvolga 2” tankerinə Ukraynanın dron hücumu nəticəsində iki nəfər yaralanıb.

Qaziler.az xəbər verir ki, bu barədə “Life” SHOT teleqram kanalına istinadən xəbər verir.

"PUA hücumu nəticəsində gəminin heyət üzvlərinin yerləşdiyi üst tikili, eləcə də tankerin digər hissələri zədələnib. Gəmi heyəti dronun qəlpələrindən yaralanıblar. Onun qalıqları gəminin göyərtəsinə düşüb", - deyə məlumatda qeyd olunub.

Xəbərdə yaralı dənizçilərin vəziyyəti barədə məlumat verilməyib.

Qeyd edək ki, dekabrın 2-də Rusiyadan Gürcüstana günəbaxan yağı daşıyan Rusiya tankeri Türkiyənin Qara dəniz sahillərində dron hücumuna məruz qalıb.

QAZİLER.AZ