SOCAR itən neftçilərin tapılmasına və platformada yanğının söndürülməsinə çalışır

SOCAR itən neftçilərin tapılmasına və platformada yanğının söndürülməsinə çalışır backend

SOCAR itən neftçilərin tapılmasına və platformada yanğının söndürülməsinə çalışır.

Trend-in məlumatına görə, bunu SOCAR-ın vitse prezidenti Xöşbəxt Yusifzadə bu gün keçirilən mətbuat konfransında deyib: "Dekabr ayının 4-də güclü külək baş verdi və küləyin sürəti saniyədə 38-40 metrə çatdı və çox davam etdi. Adətən külək 4-5 saat davam edir, bu dəfə isə külək 27 saatdan artıq davam etdi. Buna görə də dənizdə ləpənin hündürlüyü 8-10 metrə çatdı. Bu vəziyyətdə patformaya gələn qaz kəmərində partlama baş verib. Platformada olan insanlar qayıqlara minib xilas olmağa çalışıb. Lakin küləyin güclü olması və ləpənin hündürlüyü imkan vermirdi ki, gəmilər platformaya yaxınlaşsın, qayıqlarda olan insanları xilas edək. Qayığın biri qırılıb və insanlar suya düşüb. Baxmayaraq ki, onların xilasedici jiletləri olub, dalğanın hündürlüyü və küləyin gücü onlara çətinlik yaradıb".

X.Yusifzadə qeyd edib ki, qayıqda olanlardan 3 nəfəri batıb, 26 nəfər isə xilas olub: "İndi əsas vəzifə yanğını södürmək və itən insanları tapmaqdır. Yanğın baş verən platformada ümumilikdə 63 insan çalışırdı. Hazırda onlardan 29 nəfər itkin düşmüş sayılır. Hazırda Fövqəladə Hallar Nazirliyi ilə birgə axtarışlar davam edir".

X.Yusifzadə bilidirb ki, hadisə ilə bağlı yaradılmış komissiya öz işinə başlayıb və davam etdirir: "Bu gün matəm günü elan olunub. İnsanın xöşbəxt günləri olanda, pis günləri də olur. Həyatda insandan qiymətli bir şey yoxdur. Əgər insan itirmisənsə, həyatda bundan pis gün yoxdur".
Diaspora