Azərbaycanda matəm elan olunub

Azərbaycanda matəm elan olunub backend

Dekabrın 4-də Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş yanğın və qəza nəticəsində həyatını itirənlərin xatirəsinə ehtiram əlaməti olaraq ölkə ərazisində matəm elan olunub.

APA-nın xəbərinə görə, bununla bağlı Azərbaycan prezidenti İlham Əliyev qərar verib.

Qərara əsasən, 6 dekabr 2015-cı il mətəm günü elan edilib. Respublika ərazisində və Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəliklərində dövlət bayraqları yarıya qədər endirilib, əyləncə xarakterli tədbirlər təxirə salınıb, radio və televiziyalara, habelə digər media orqanlarına şou tipli verilişlərə yer verməmək tövsiyə olunub.

Qeyd edək ki, baş vermiş qəzada 32 nəfər xilas olub, 1 nəfər həlak olub, 30 nəfər isə itkin düşüb.

Hazırda itkin düşənlərlə bağlı axtarış-xilasetmə tədbirləri davam edir.
Diaspora