Məmməd İbrahimli həbs edildi

Məmməd İbrahimli həbs edildi backend

Səbail Rayon Məhkəməsində Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyatla saxlanılan Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müşaviri Məmməd İbrahimli barəsində qətimkan tədbirinin seçilməsi barədə təqdimata baxılıb.

Qaziler.az-ın məlumatına görə, təqdimat təmin edilib, M.İbrahimli barəsində iki ay 15 gün müddətinə həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, M.İbrahimliyə Cinayət Məcəlləsinin 278.1 (hakimiyyəti zorla ələ keçirməyə və ya onu zorla saxlamağa, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər) maddəsi ilə ittiham irəli sürülüb.

Xatırladaq ki, M.İbrahimli Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət işi üzrə istintaqa cəlb olunub.