Könül Vəlibəylinin qızının vəziyyəti ağırdır - FOTO

Könül Vəlibəylinin qızının vəziyyəti ağırdır - FOTO backend

Bakının Yasamal rayonu, Mirəli Seyidov küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında baş vermiş yağın nəticəsində vəfat edən Bakı Milli Geyim Evinin rəhbəri Könül Vəlibəylinin qızı Ləman Vəlibəylinin vəziyyəti ağırdır.

 

Bu barədə Teleqraf-a jurnalist Xəyalə Rəis məlumat verib.

 

“Ləmanın müalicəsi Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsində davam etdirilir. Vəziyyəti ağırdır. Boğazında şlanq var, nəfəs almaqda çətinlik çəkir. Ümid Allahadır”, - X.Rəis əlavə edib.

 

Ləman Vəlibəylinin 25 yaşı var.

 

Qeyd edək ki, ötən gün baş verən yanğın nəticəsində üç nəfər, o cümlədən Könül Vəlibəyli vəfat edib.