Bakıda yaşayış binasındakı yanğında 20 nəfər tüstüdən zəhərlənib, 3 nəfər ölüb

Bakıda yaşayış binasındakı yanğında 20 nəfər tüstüdən zəhərlənib, 3 nəfər ölüb backend

Noyabrın 21-də saat 19:50 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Yasamal rayonu, M.Seyidov küçəsi ərazisində yerləşən yaşayış binasında yanğın hadisəsinin baş verməsi səbəbilə çağırış qeydə alınıb.

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən Trend-ə bildirilib ki, şağırış ünvanına 18 təcili tibbi yardım briqadası cəlb olunub.

"Təcili tibbi yardım briqadası tərəfindən 15 nəfərə ilkin tibbi xidmət göstərilib və tüstüdən zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub. Bu ana qədər ümumilikdə 20 nəfər (5 nəfər özü müraciət etməklə) Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub, onlara zəruri tibbi xidmətlərin göstərilməsi davam etdirilir. 3 nəfərin isə həkiməqədər ölüm faktı qeydə alınıb", - deyə qeyd olunub.