Dubayda qəzaya uğrayan təyyarənin pilotunun taleyi açıqlandı

Dubayda qəzaya uğrayan təyyarənin pilotunun taleyi açıqlandı backend

“Dubai Airshow” hava sərgisində aviaşou zamanı qəzaya uğrayan Hindistan Hərbi Hava Qüvvələrinə məxsus “Tejas” qırıcı təyyarəsinin pilotu ölüb.

Qaziler.az xəbər verir ki, bu barədə Hindistan Hərbi Hava Qüvvələrinin mətbuat xidməti “X” sosial media platformasında məlumat verib.

"Bu gün Dubay Hava Sərgisində nümayiş zamanı Hindistan Hərbi Hava Qüvvələrinə məxsus “Tejas” qırıcı təyyarəsi qəzaya uğrayıb. Pilot ölüb", - deyə paylaşımda bildirilib.

Qeyd edək ki, noyabrın 21-də Dubayda Hava Sərgisi zamanı Hindistanın “Tejas” qırıcı təyyarəsi qəzaya uğrayıb.

“Dubai Airshow” hava aərgisi Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) 19-cu dəfə keçirilir və 21 noyabr 2025-ci ilə qədər davam edəcək. Bu, hər iki ildən bir Dubayda keçirilən hava şousudur.

QAZİLER.AZ