Bakıda restoranın dörd nəfər əməkdaşını elektrik cərəyanı vuraraq öldürüb.
"Report" xəbər verir ki, hadisə Binəqədi rayonunda yerləşən restoranlardan birində baş verib.
Hadisə nəticəsində 20 yaşlı Emil Quliyev, 18 yaşlı Əkbər Zeynalov, 27 yaşlı Cavidan Muradov, 19 yaşlı Eltac Əliyev elektrik cərəyanı vuraraq ölüb.
Hazırda hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib. Müvafiq ekspertizalar təyin edilib, araşdırma aparılır.
Qeyd edək ki, hadisə barədə ilk olaraq "qafqazinfo" saytı məlumat yayıb.



