Çexiya Dəmir Yollarının Zlivı-Divçice xəttində Çexiya Budeyovitse bölgəsində ekspress qatarla sərnişin qatarı arasında toqquşma baş verib.
Qaziler.az “Idnes.cz” nəşrinə istinadla xəbər verir ki, dörd nəfər ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
"Dörd sərnişin ağır, doqquz sərnişin isə orta dərəcəli xəsarət alıb. Ən çox görülən xəsarətlər ətrafların, daxili orqanların zədələnməsi və travmatik beyin xəsarətləri olub", - Cənubi Bohemiya xilasetmə xidmətinin rəhbəri Yakub Yan Hayek bildirib.
Təcili yardım mərkəzinə hadisə barədə səhər saat 6:19-da məlumat daxil olub. Bütün təcili yardım xidmətləri hadisə yerinə çatıb.
Xilasedicilər ümumilikdə 47 zərərçəkənə yardım göstəriblər. Xətdə hərəkət dayandırılıb. İlkin istintaq zamanı əldə edilən məlumatlarına görə, ekspress qatar qırmızı işıqda keçib. Polis səhlənkarlıqdan ictimai təhlükəli cinayət törətmə maddəsi ilə cinayət işi açıb.
QAZİLER.AZ



