İstiotlu çipsi yeyən idmançı reanimasiyaya düşüb

İstiotlu çipsi yeyən idmançı reanimasiyaya düşüb backend

Yaroslavldan olan gənc boksçu qırtlaq, qida borusu və mədəsində kimyəvi yanıqlar səbəbindən reanimasiya şöbəsinə yerləşdirilib.

Qaziler.az bu barədə “Mash” teleqram səhifəsinə istinadla xəbər verir.

Həkimlərin sözlərinə görə, onun ağır vəziyyətinin səbəbi idmançının məşhur onlayn yarışmanın bir hissəsi olaraq yediyi istiotlu çipsi olub.

22 yaşlı Vladislav “Grizzon” çipslərini yedikdən bir gün sonra xəstələnib. Boğazında ağrı yaranıb və boynu şişib. İki gün sonra boksçunun görmə qabiliyyəti bulanıqlaşıb və ciddi nəfəs problemləri yaşayıb. Bundan sonra təcili yardım şöbəsinə müraciət edib.

Həkimlər gənc idmançıya geniş kimyəvi yanıq diaqnozu qoyublar. Analiz müayinəsi zamanı təhlükəli bir vəziyyət də aşkar edilib: hemoliz, qırmızı qan hüceyrələrinin məhv olması. Fəsad çipslərdə olan yüksək konsentrasiyalı kapsaisin maddəsi səbəbindən yaranıb.

Venadaxili sistem müalicəsindən sonra idmançı sağlamlığına qovuşub.

QAZİLER.AZ