Türkiyəyə məxsus tanker Odessada dronla vurulub

Türkiyəyə məxsus tanker Odessada dronla vurulub backend

Türkiyəyə məxsus maye qaz daşıyan tanker Odessada (Ukrayna) dron hücumu nəticəsində vurulub.

Bu barədə "Habertürk" məlumat yayıb.

Bildirilib ki, Ukraynanın Odessa vilayətindəki İzmail limanına yan alan və təxminən 4 min ton mayeləşdirilmiş qaz daşıyan "ORINDA" adlı gəmi vurulub. Gəminin dron hücumu nəticəsində zərbə aldığı qeyd olunub.

Məlumata görə, heyət təxliyə edilib.