Ağdərədə mina hadisəsi baş verib, xəsarət alan var - YENİLƏNİB

Ağdərədə mina hadisəsi baş verib, xəsarət alan var - YENİLƏNİB backend

Ağdərədə minaya düşən Əliyev Natiq Namiq oğlunun sol aşağı ətrafın baldırın yuxarı 1/3-dən amputasiya olunub.

 

Bu barədə "Report"un Qarabağ Bürosuna Bərdə rayon Mərkəzi Xəstəxanasından bildirib.

 

Xəstəxananın travmatoloqu Hafiz Əliyev bildirib ki, 16 noyabr 2025-ci ildə saat 13:20 radələrində Ağdərə rayon Sırxavənd kəndi ərazisində minaya düşmə səbəbilə xəsarət alan 1990-cı il təvəllüdlü Natiq Əliyev) Bərdə Rayon Mərkəzi Xəstəxanasına təxliyə olunub.

 

Hazırda onun reanimasiya şöbəsində müalicəsi davam etdirilir, vəziyyəti ağırdır.

 

15:51

 

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Minatəmizləmə Agentliyinin (ANAMA) mətbuat xidmətlərinin məlumatına görə, işğaldan azad edilmiş Ağdərə rayonunun Sırxavənd kəndi ərazisində 2025-ci il 16 noyabr tarixində mina hadisəsi baş verib.

 

1990-cı il təvəllüdlü Bərdə sakini Əliyev Natiq Namiq oğlu minalardan təmizlənməmiş ərazidə piyada əleyhinə mina partlayışı nəticəsində ayağından xəsarət alıb.

 

Faktla bağlı Ağdərə rayon prokurorluğunda araşdırma aparılır.

 

ANAMA, DİN və Baş Prokurorluq bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa və bələd olmadıqları ərazilərə daxil olmamağa çağırır.

 

14:27

14.48

Ağdərədə mina hadisəsi baş verib, xəsarət alan var.

 

APA-nın Qarabağ bürosu xəbər verir ki, rayonunun Sırxavənd kəndi ərazisində baş verib. Belə ki, Bərdə rayon sakini 1990-cı il təvəllüdlü Əliyev Natiq Namiq oğlu kənd ərazisində minaya düşüb.

 

Yaralı Bərdə rayon mərkəzi xəstəxanasına aparılıb.

 

Faktla bağlı araşdırma başlanıb.