Türkiyədə kişi saç əkdirmə əməliyyatından sonra ölüb

Türkiyədə kişi saç əkdirmə əməliyyatından sonra ölüb backend

Britaniyalı turist Türkiyədə saç əkdirmə əməliyyatı və diş müalicəsi etdirdikdən sonra dünyasını dəyişib.

Qaziler.az xəbər verir ki, bu barədə “Daily Mail” qəzeti məlumat yayıb.

Faciəvi hadisə 11 noyabrda, bir həftə əvvəl tibbi prosedurlar üçün İstanbula gələn 36 yaşlı Britaniya vətəndaşının başına gəlib.

Prosedurdan sonra kişi Şişli rayonundakı otelinə qayıdıb və orada huşunu itirib. İlkin tibbi yardımın göstərilməsinə və xəstəxanaya çatdırılmasına baxmayaraq, 36 yaşlı britaniyalının həyatını xilas etmək mümkün olmayıb. Onun cəsədi hazırda ölümün dəqiq səbəbini müəyyən etmək üçün Məhkəmə Tibbi Ekspertizası İnstitutunda saxlanılır. Hadisə ilə əlaqədar istintaq aparılır.

QAZİLER.AZ