Metronun "Cəfər Cabbarlı" stansiyasında tüstüləmə baş verib

Metronun "Cəfər Cabbarlı" stansiyasında tüstüləmə baş verib backend

“Cəfər Cabbarlı” stansiyasına bitişik yeraltı keçiddə yerləşən ticarət mağazasında tüstülənmə baş verib. Hadisənin metro sərnişinlərinə təsirinin qarşısını almaq məqsədilə “Cəfər Cabbarlı” stansiyasının giriş və çıxış qapıları dərhal bağlanılıb, havalandırma sistemi sovurma rejiminə keçirilib. Sərnişinlərin hərəkəti “28 May” stansiyası istiqamətindən təmin edilib.

“Cəfər Cabbarlı” və “28 May” stansiyalarının, həmçinin “Cəfər Cabbarlı-Xətai” mənzilində qatarların hərəkəti normal iş rejimi şəraitində təmin edilir.

Saat 10:00-da stansiyanın giriş-çıxışı istifadəyə veriləcək.

 

***

 

09.30

 

Metroda tüstüləmə olub.

 

APA xəbər verir ki, tüstüləmə "Cəfər Cabbarlı" stansiyasında baş verib.

 

Belə ki, stansiyada tüstü müşahidə edilib.

 

İlkin ehtimala görə, tüstülənmə qısaqapanma nəticəsində baş verib.