Qarabağ qazisi vəfat edib

Qarabağ qazisi vəfat edib backend

Qarabağ qazisi Ziyad Əiyev bu gün vəfat edib.

Bu barədə Qarabağ qazisi, Ziyad Əliyevin silahdaşı Rey Kərimoğlu Qaziler.az-a bildirib.

Əliyev Ziyad Şükür oğlu 1963-cü ildə Ağdam rayonunun Şıxbabalı kəndində anadan olub. Həmin kəndin orta məktəbini bitirib, Sovet ordusunda hərbi xidmətdə olub.

Ziyad Əliyev 1991-ci ildə Azərbaycanın Milli Qəhrəmanı Şirin Mirzəyev batalyon yaradanda ora qoşulan ilk döyüşçülərdən biri olub. Bütün döyüşlərdə qəhrəmanlığı, cəsarəti ilə seçilib. Bu cəsarətinə, döyüş bacarığına görə 1992-ci ilin yazında Şirin Mirzəyevin batalyonunun kəşfiyyat dəstəsinə xidmətə göndərilib. 

"Ziyad Əliyev Azərbaycan Ordusunun ilk kəşfiyyatçılarından olub. Çox vətənpərvər, qoçaq, ürəkli insan idi. Xeyli ağır kəşfiyyat tapşırıqlarını yerinə yetirib. Dəfələrlə ölümlə üz-üzə qalıb, amma o, qorxunun nə olduğunu bilmirdi. Çox ürəkli adam idi", - Rey Kərimoğlu bildirib.

Ziyad Əliyev xərçəng xəstəliyindən əziyyət çəkirdi.

Qarabağ qazisinin üç övladı var.

Allah rəhmət eləsin!

QAZİLER.AZ