İsmayıllı stansiyasından 21 kilometr şimalda, İsmayıllı rayonunda zəlzələ qeydə alınıb.
APA xəbər verir ki, bu barədə Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.
Məlumata əsasən, yerli vaxtla saat 02.50-də qeydə alınan zəlzələnin maqnitudası 3,1 olub.
Yeraltı təkanların ocağı 4 kilometr dərinlikdə yerləşib, zəlzələ hiss olunmayıb.
***
18:57
İsmayıllıda 3.4 bal zəlzələ olub.
APA xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb
Bildirilib ki, zəlzələnin dərinliyi 4 km-dir. Zəlzələ yerli vaxtla 18:03-də qeydə alınıb.
Zəlzələ episentrdə 4 bal, Basqal, Lahıc qəsəbələrində, Əhən kəndində və ətraf yaxın yaşayış məntəqələrində 3 bala qədər hiss olunub.



