Burun əməliyyatından sonra psixikası pozulan şəxsin qohumu: "Gördüm ki, pişiyi öldürür" - VİDEO

Burun əməliyyatından sonra psixikası pozulan şəxsin qohumu: "Gördüm ki, pişiyi öldürür" - VİDEO backend

Burun əməliyyatı keçirdikdən sonra psixoloji vəziyyəti pisləşən və anasına hücum etdiyi deyilən Anar Hüseynovun ailəsi jurnalistlərə açıqlama verib.

Anar Hüseynovun qardaşının həyat yoldaşı Arzu Hüseynovanın sözlərinə görə, adıçəkilən şəxs həyətdəki heyvanlara da ziyan verir:

"Çox təhlükəli vəziyyətdir. Evdə iki uşağım var, qorxularından bayıra çıxa bilmirlər. Evin pəncərələrini də qırıb. Dilsiz-ağızsız heyvana ziyan verən adamdır. Bir dəfə eşitdim ki, həyətdə səs gəlir. Baxanda gördüm ki, pişiyi öldürür".

Daxili İşlər Nazirliyinin əməkdaşı Eşqin Qasımov Anar Hüseynovun burun əməliyyatından sonra əqli problemləri ilə bağlı ailə üzvlərinin müraciətləri aidiyyəti qurumlar tərəfindən araşdırılıb və onlara müvafiq cavab verilib.

Daha ətraflı Baku TV-nin süjetində: