Bakıda üç nəfərin üzərinə çinar ağacı aşıb

Bakıda üç nəfərin üzərinə çinar ağacı aşıb backend

Bakıda güclü külək nəticəsində çinar ağacı aşıb, üç nəfər xəsarət alıb.

"Report" xəbər verir ki, hadisə Y.Məmmədəliyev küçəsi ev 7-nin qarşısında qeydə alınıb.

Hadisə nəticəsində Bakı şəhər sakinləri - 2004-cü il təvəllüdlü Nəzrin Müşfiq qızı Mikayılova, 1993-cü il təvəllüdlü Arif Şakiroviç Xoderev və 2002-ci il təvəllüdlü Ramil Ramis oğlu Hüseynov ağacın altında qalaraq xəsarət alıblar.

Onlara xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.