Vyetnamda bir gündə rekord miqdarda yağış yağıb.
Qaziler.az “APNews”a istinadla xəbər verir ki, leysan yağışlar daşqınlara, torpaq sürüşmələrinə və binalara ziyan vurub.
Qeyd olunub ki, Vyetnamın mərkəzində güclü yağışlar daşqınlara səbəb olub. Çaylar öz məcrasından çıxıb və evləri, əkin sahələrini və tarixi Hue və Hoi An şəhərləri də daxil olmaqla turistik yerləri su altında qoyub.
"Sel suları o qədər sürətlə artıb ki, qonaqların təhlükəsizliyi üçün təcili olaraq daşqın zonasından kənarda yerləşən digər otellərə köçürməli olduq", - otelin sahibideyib.
Ölkənin meteorologiya departamentinin məlumatına görə, 27 oktyabr axşamına qədər UNESCO-nun Dünya İrsi siyahısına daxil olan Huedə yağan yağışın miqdarı 24 saat ərzində 1085 mm-ə çatıb. “Associated Press” xəbər verir ki, bu, Vyetnamda indiyə qədər qeydə alınan ən yüksək yağıntı miqdardır.
QAZİLER.AZ



