Polşada ABŞ hərbi maşınları qəza edib

Polşada ABŞ hərbi maşınları qəza edib backend

Polşada ABŞ hərbi maşınlarının karvanı mikroavtobusla toqquşub.

Qaziler.az xəbər verir ki, bu barədə RMF FM radiosu məlumat yayıb.

Məlumatda bildirilir ki, qəza Böyük Polşa voyevodalığının A2 şossesində baş verib.

"Üç əsgər yaralanıb. Mikroavtobusun sürücüsü də yaralanıb", - jurnalistlər qeyd ediblər.

Onlar əlavə ediblər ki, karvan ABŞ-nin hərbi “Hummer” maşınlarından ibarət olub.

Qəza magistral yolda ləngimələrə səbəb olub və təcili yardım xidmətləri Varşavaya doğru gedən bir zolağı bağlamaq məcburiyyətində olub. Hazırda hadisə yerində hüquq-mühafizə orqanları və xilasedicilər işləyir.

QAZİLER.AZ