Gəncədə xəstəxanada bədbəxt hadisə baş verib.
Apa-nın yerli bürosunun məlumatına görə, hadisə Gəncə Şəhər Birləşmiş Xəstəxanasının tabeliyində olan Abbas Səhhət adına Xəstəxananın travmatologiya şöbəsində qeydə alınıb. Şöbədə müalicə olunan 1954-cü il təvəllüdlü Z.Rzayev ikinci mərtəbədən yerə yıxılıb.
Xəsarət alan şəxsə tibbi yardım göstərilsə də, xilas etmək mümkün olmayıb.
Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.