Cəlilabadda qəza olub, xəsarət alan 5 nəfərdən 2-nin vəziyəti ağırdır - YENİLƏNİB

Cəlilabadda qəza olub, xəsarət alan 5 nəfərdən 2-nin vəziyəti ağırdır - YENİLƏNİB backend

Bu gün saat 11:00 radələrində Cəlilabad rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 5 nəfər (kişi) müxtəlif tibb müəssisələrinə hospitalizasiya olunub.

Bu barədə APA-nın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.

Qeyd edilib ki, onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travmaları diaqnozu təyin olunub.

Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunan 2002-ci il təvəllüdlü şəxsin vəziyyəti orta ağır olaraq qiymətləndirilir, müalicəsi Reanimasiya şöbəsində davam etdirilir.

Masallı Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunan 4 nəfərdən 1972-ci il təvəllüdlü şəxsin vəziyyəti ağır olaraq qiymətləndirilir və müalicəsi Reanimasiya şöbəsində davam etdirilir. Digər 3 nəfərin vəziyyəti stabil olaraq qiymətləndirilir.

 

***

saat 12.08

Cəlilabadda baş verən qəzada xəsarət alan şəxslərin adları məlum olub.

APA-nın cənub bürosunun verdiyi xəbərə görə, qəza nəticəsində Səfərli Zülüfüqar Zaur oğlu, İdrak Rza Ağahüseyn oğlu, Musayev Əmrah Əlyar oğlu, Əhimov Mahir Səfər oğlu və Məmmədov Əmrah Zaur oğlu xəsarət alıblar.

Yaralıların vəziyyəti orta-stabil qiymətləndirilir.

 

***

saat 11.29

Cəlilabadda yol qəzası olub.

APA-nın cənub bürosunun verdiyi xəbərə görə, hadisə köhnə Ələt–Astara magistralının Cəlilabad rayonunun Göytəpə şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb.

Astara istiqamətində hərəkət edən “VAZ-2106” markalı minik avtomobili qarşı istiqamətdən gələn “Mercedes” markalı minik avtomobili ilə toqquşub.

Qəza nəticəsində 4 nəfər xəsarət alıb və Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına hospitalizasiya olunublar.

Hadisə ilə bağlı araşdırma aparılır.