Avtobusların toqquşması nəticəsində xəsarət alanların sayı və vəziyyəti AÇIQLANDI

Avtobusların toqquşması nəticəsində xəsarət alanların sayı və vəziyyəti  AÇIQLANDI backend

17.10.2025-ci il tarixində saat 06:30 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Mehdiabad, Balaxanı yolu ərazisindən yol-nəqliyyat hadisəsi ( iki avtobusun toqquşması) səbəbilə çağırış daxil olub.

 

Bu barədə Trend-in sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.

 

Bildirilib ki, dərhal təcili tibbi yardım briqadası çağırış ünvanına cəlb olunub.

 

"Təcili tibbi yardım briqadası tərəfindən 7 nəfərə (6 kişi, 1 qadın) ilkin tibbi xidmət göstərilib və müxtəlif bədən xəsarətləri ilə Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub.

 

Tibb müəssisəsinin Təcili tibbi yardım şöbəsində onların hər birinə zəruri tibbi xidmətlər göstərilib. Hazırda 1 nəfərin (kişi) müalicəsi tibb müəssisəsinin Reanimasiya şöbəsində davam etdirilir, vəziyyəti ağırdır.

 

1 nəfər (qadın) ixtisaslı tibbi xidmət almaq üçün Kliniki Tibbi Mərkəzə təxliyə olunub.

 

Vəziyyəti qənaətbəxş olan 5 nəfər (kişi) isə ambulator müalicə üçün evə buraxılıb", - deyə əlavə edilib.

 

Qeyd edək ki, “İVECO” və “SAZ” markalı avtobusların toqquşması nəticəsində yol-qəza hadisəsi baş verib.