Müdafiə Nazirliyinin İstirahət evinin rəisi rüşvət almaqda ittiham olunur - YENİLƏNİB-1

Müdafiə Nazirliyinin İstirahət evinin rəisi rüşvət almaqda ittiham olunur - YENİLƏNİB-1 backend

Müdafiə Nazirliyi tərəfindən həyata keçirilən tədbirlər nəticəsində Nazirliyin İstirahət evinin rəisi mayor İlham Haqverdiyevin qanun pozuntusuna yol verdiyi müəyyən edilib.

Qaziler.azxəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib.

Bununla bağlı müvafiq istintaq hərəkətlərinin aparılması, hadisəyə hüquqi qiymət verilməsi və qanun çərçivəsində tədbirlərin görülməsi məqsədilə araşdırma materialları aidiyyəti üzrə Hərbi Prokurorluğa təqdim edilib.

İ.Haqverdiyevin barəsində Hərbi Prokurorluğun İstintaq İdarəsində Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsi ilə cinayət işi başlanılıb.



***
19:11

Müdafiə Nazirliyinin "İstirahət evi"nin rəisi, mayor İlham Haqverdiyev barəsində qətimkan tədbirinin seçilməsi ilə bağlı məhkəməyə təqdimat daxil olub.

Apa xəbər veri ki, təqdimata bu gün Bakı Hərbi Məhkəməsində baxılıb.

Məhkəmə istintaq orqanın təqdimatını təmin edib və mayor İlham Haqverdiyev barəsində 2 ay 20 gün müddətə həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, Müdafiə Nazirliyinin "İstirahət evi"nin rəisi, mayor İlham Haqverdiyev bu gün saxlanılıb və ona qarşı Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsi ilə ittiham irəli sürülüb.

***

17:08

Müdafiə Nazirliyinin "İstirahət evi"nin rəisi saxlanılıb.

APA xəbər verir ki, bununla bağlı Hərbi Prokurorluqda cinayət işi başlanıb.

Mayor İlham Haqverdiyev rüşvət ittihamı ilə saxlanılıb. Ona Cinayət Məcəlləsinin 311-ci (rüşvət) maddəsi üzrə cinayət işi açılıb.

Onun barəsində qətimkan tədbiri seçilməsi üçün Bakı Hərbi Məhkəməsinə təqdimat daxil olub. Təqdimata baxılacaq.

Qeyd edək ki, İlham Haqverdiyevin saxlanılması barədə ilkin olaraq "Qafqazinfo" məlumat yayıb.

Müdafiə Nazirliyinin Abşeronun Görədil kəndində yerləşən Mərkəzi Sanatoriyası hazırda "İstirahət evi" adlanır.