Qara dənizdə ukraynalı heyətin olduğu yük gəmisi batıb. Hadisə zamanı bütün dənizçiləri xilas etmək mümkün olub.
Qaziler.az xəbər verir ki, bu barədə Bolqarıstanın “Maritime” nəşri məlumat yayıb.
Türkiyədən Ukraynaya gedən “Eileen” gəmisi Varnadan 260 km aralıda batıb. Xilasetmə əməliyyatı zamanı Bolqarıstan, Türkiyə və Rumıniya iştirak edib.
Hadisənin başvermə və gəminin batma səbəbləri araşdırılır.
QAZİLER.AZ