Gəncə şəhərində baş verən avtomobil qəzasında ölən və xəsarət alanların kimliyi məlum olub.
"Report"un Qərb bürosunun məlumatına görə, qəzada xəsarət alan 1959-cu il təvəllüdlü Qəribə Səfərova xəstəxanaya aparılarkən ölüb.
Hadisə zamanı xəsarət alan 2008-ci il təvəllüdlü Pakizə Məmmədova, 1987-ci il təvəllüdlü İlahə Məmmədova və 1 yaşlı N.Məmmədov xəstəxanaya yerləşdilib. Onların vəziyyəti orta-ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.
13:01
Gəncədə avtomobil dörd piyadanı vurub.
"Report"un Qərb bürosunun məlumatına görə, onlardan biri aldığı müxtəlif dərəcəli bədən xəsarətlərindən ölüb.
Qalan üç nəfər isə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.