Efiopiyada kilsədə uçqun olub, 36 nəfər ölüb

Efiopiyada kilsədə uçqun olub,  36 nəfər ölüb backend

Efiopiyada kilsələrdən birində tikinti platformasının uçması nəticəsində 36 nəfər ölüb, 200-dən çox insan xəsarət alıb.

APA “Əl Ərəbiyyə”yə istinadən xəbər verir ki, hadisə paytaxt Əddis-Əbəbənin şərqində, hər il keçirilən Müqəddəs Məryəm festivalında iştirak edərkən baş verib.

Zəvvarların bəziləri dağıntılar altında qalıb, ağır yaralılar xəstəxanaya yerləşdirilib.