Xəbər verdiyimiz kimi, bu gün Ağdam rayonunda mina hadisəsi baş verib. Hadisə nəticəsində "Kəşfiyyatçı Xanı" kimi tanınan Səyyaf Əhmədov minaya düşərək həlak olub.
Azərbaycan Ordusunun ilk kəşfiyyatçılarından olan Səyyaf Əhmədovun həlak olması onu tanıyanları dərindən sarsıdıb.
Azərbaycan Ordusunun keçmiş döyüşçülərindən olan, kəşfiyyatçı Rey Kərimoğlu Qaziler.az-a Səyyaf Əhmədovun həlak olması ilə bağlı bunları bildirib:
"Çox acı xəbər oldu. Ağır döyüşlərdən çıxmış qəhrəman Xanı Xanını tanıyırdım. Onun minaya düşərək həlak olmasına çox kədərləndim. Biz onunla eyni vaxtda xidmətdə olmamışıq, başqa-başqa istiqamətlərdə döyüşmüşük. Çox cəsur, qəhrəman, mübariz, qorxmaz adam idi. Ordumuzun kəşfiyyat xidmətinin formalaşmasında Xanının böyük xidməti olub. Allah rəhmət eləsin!".
QAZİLER.AZ