Rusiyada yatarkən körpəsini əzən ana onun ölümünə səbəb olub

Rusiyada yatarkən körpəsini əzən ana onun ölümünə səbəb olub backend

Rusiyanın Ural Federal dairəsində yerləşən Sverdlovsk vilayətində qadın körpəsini yatarkən əzdiyi üçün cinayət işi üzrə təqsirləndirilən şəxs olub.

Qaziler.az “Gazeta.ru”ya istinadla xəbər verir ki, bu barədə Rusiya Federasiyası İstintaq Komitəsinin regional idarəsi məlumat yayıb.

Hadisə Krasnoufimskdə baş verib. İstintaqın məlumatına görə, 38 yaşlı ana üç aylıq körpəsini yanına qoyub, lakin sonradan yuxuya gedib. Ana yuxuda olarkən uşağı əzərək tənəffüs yolunu bağlayıb. Nəticədə körpə ölüb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları qeyd ediblər ki, qadına belə nəticələrlə bağlı dfələrlə xəbərdarlıq edilib. Körpə dünyaya gələndən bir neçə gün sonra ananın evinə həkimlər gəlib. Ziyarət zamanı rus qadına uşaqla yatmaması tövsiyə edilib. Ancaq ana bu tövsiyələrə məhəl qoymayıb.

Valideyn haqqında cinayət işi açılıb. Rusiya Federasiyasının İstintaq Komitəsi şahidləri dindirib, hadisə yerinə baxış keçirib və digər zəruri tədbirlər görülüb. İstintaq yekunlaşıb, materiallar mahiyyəti üzrə baxılması üçün məhkəməyə verilib.

QAZİLER.AZ