Türkiyənin İzmir şəhərinin Balçova rayonunda yerləşən polis idarəsinə silahlı hücumla bağlı aparılan təhqiqat çərçivəsində bir nəfər saxlanılıb.
Bu barədə İzmir Respublika Prokurorluğu məlumat yayıb.
Məlumata görə, hücumu həyata keçirən 16 yaşlı gənclə əlaqəli olduğu müəyyən edilən xarici ölkə vətəndaşı İstanbulun Esenyurt rayonunda keçirilmiş polis əməliyyatı zamanı saxlanılıb.
Təhqiqat çərçivəsində onun anası, atası və iki dostu da həbs olunub.
Xatırladaq ki, İzmir şəhərinin Balçova rayonunda yerləşən polis idarəsinə 16 yaşlı şəxs tərəfindən silahlı hücum nəticəsində iki polis əməkdaşı həyatını itirib, əlavə olaraq ikisi polis olmaqla üç nəfər yaralanıb.