Bakıda mikroavtobus qəzaya düşüb, 10-dan çox yaralı var - YENİLƏNİB

Bakıda mikroavtobus qəzaya düşüb, 10-dan çox yaralı var - YENİLƏNİB backend

Xəzər rayonunda baş verən yol-nəqliyyat hadisəsi ilə bağlı araşdırma aparılır.

Bu barədə "Report"a Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin Təbliğat və ictimai işlər üzrə rəisi, polis kapitanı Toğrul Nəsirli deyib.

O bildirib ki, hadisə bu gün səhər 06:00 radələrində Xəzər rayonu Qala-Pirallahı yolunda qeydə alınıb.

"Hyundai" markalı avtomobil 99-XM-330 dövlət qeydiyyat nişanlı avtomobillə "Mercedes" markalı 10-XE-462 qeydiyyat nişanlı mikroavtobus toqquşub. Hadisə nəticəsində xəsarət alanlar var.

09:49

Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un əldə etdiyi xəbərə görə, hadisə Xəzər rayonu ərazisində qeydə alınıb.

Sərnişin daşıyan mikroavtobusla minik avtomobili toqquşub. Nəticədə 10-dan çox xəsarət alan var. Yaralılar xəstəxanaya çatdırılıb.

Fatkla bağlı araşdırma aparılır.