Qazaxda yol qəzası nəticəsində 3 nəfər ağır yaralanıb

Qazaxda yol qəzası nəticəsində 3 nəfər ağır yaralanıb backend

Qazax rayonunun Xanlıqlar kəndində yol-nəqliyyat hadisəsi baş verib.

Apa-nın yerli bürosunun məlumatına görə, hərəkətdə olan “VAZ 2107” və “Opel” markalı avtomobillər toqquşub.

Yol-nəqliyyat hadisəsi zamanı "VAZ 2107" markalı minik avtomobili deformasiyaya uğrayıb. Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin Qazax rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən xilasediciləri cəlb edilib.

Xilasedicilər tərəfindən avtomobildən 3 nəfər - 1992-ci il təvəllüdlü N.Bayramov, 1989-cu il təvəllüdlü V.Salehov və 1992-ci il təvəllüdlü N.Rəşad xəsarət alıb.

Onların vəziyyətinin ağır olduğu bildirilir.