Bakının Nərimanov rayonu, Azadlıq prospektində yerləşən binaların birində naməlum qadın bloklara daxil olaraq evlərə girməyə çalışıb.
Modern.az xəbər verir ki, qapılardan birinin açıq olduğunu görən qadın mənzilə daxil olub.
Həmin görüntüləri isə sosial şəbəkədə sakinlər paylaşıblar.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı Elbrus İbrahimov bildirib ki, paytaxtın Nərimanov rayonunda yerləşən binalardan birinin mənzillərinə daxil olmağa çalışan naməlum qadınla bağlı yayılan görüntülər polis əməkdaşları tərəfindən araşdırılır.
Həmin şəxsin saxlanılması istiqamətində müvafiq tədbirlər görülür.
***
DİN Mətbuat xidmətinin əməkdaşı Cəsarət Qənbərli bildirib ki, Nərimanov rayonu, Azadlıq prospektində yerləşən binada bloklara daxil olaraq mənzillərə girməyə cəhd göstərən naməlum qadının şəxsiyyəti müəyyən olunub: “1992-ci il təvəllüdlü, tufeyli həyat tərzi keçirən Səidə Kişiyevanın tutulması üçün polis əməkdaşları tərəfindən tədbirlər görülür. Əlavə məlumat veriləcək”.
***
Polis əməkdaşları tərəfindən həmin qadın saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Araşdırmalar aparılır.
Ətraflı “Xəzər Xəbər”in videomaterialında: