Rusiyada karandaş zarafatı məktəbilini reanimasiyalıq etdi

Rusiyada karandaş zarafatı məktəbilini reanimasiyalıq etdi backend

Sankt-Peterburqda məktəb əyləncəsi 3-cü sinif şagirdi üçün reanimasiyada başa çatıb.

Qaziler.az xəbər verir ki, bu barədə “Fontanka” məlumat yayıb.

Hadisə sentyabrın 3-də Krasnoselski rayonundakı məktəblərin birində baş verib. On bir yaşlı uşaq təcili yardım maşını ilə sinifdən aparılıb.

İlkin məlumata görə, uşaq yaşıdlarından birinin zarafatla altına qoyduğu karandaşın üstündə oturub. Zərərçəkmişə düz bağırsağın deşilməsi və peritonit diaqnozu qoyulub. Həkimlər xəstənin vəziyyətini ağır qiymətləndirərək reanimasiyaya yerləşdiriblər.

KİV-in məlumatına görə, hadisə ilə bağlı regional İstintaq Komitəsi araşdırma aparır.

QAZİLER.AZ