Türkiyədə "Dolce Vento" adlı lüks yaxta dənizə çıxdıqdan dərhal sonra batıb.
Qaziler.az xəbər verir ki, hadisənin görüntülərini Britaniyanın “The Sun” nəşri yayıb.
Hadisə Türkiyənin cənubunda Zonquldak sahillərində baş verib. Səyahət yaxta qurulandan bəri ilk və yəqin ki, sonuncu idi. Batan gəminin dəyəri 70 min funt-sterlinq (təxminən 7,6 milyon rubl) olub.
İnternetdə yayılan görüntülərə görə, yola düşdükdən bir neçə dəqiqə sonra yaxta yan tərəfə əyilməyə başlayıb. İçindəki insanlar özlərini xilas etmək üçün suya tullanıblar. Ölən və yaralananlar barədə məlumat yoxdur. Yerli hakimiyyət orqanları hadisə ilə bağlı araşdırma aparılacağını, gəminin qəzaya uğramasının səbəblərini müəyyənləşdirəcəyini bildiriblər.
QAZİLER.AZ