Kəlbəcərdə yük avtomobili dərəyə aşıb, ölən var

Kəlbəcərdə yük avtomobili dərəyə aşıb,  ölən var backend

Kəlbəcər rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

Qaziler.az Report-a istinadla xəbər verir ki, hadisə rayonun Qılıncı kəndində qeydə alınıb.

Yük avtomobilinin dərəyə aşması nəticəsində sürücü aldığı xəsarətdən hadisə yerində ölüb. Onun kimliyi dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.