Ağdərədə yanğın olan əraziyə helikopter cəlb edilib.
Trend-in Qarabağ bürosunun xəbərinə görə, gecə saatlarından başlayan yanğın Suqovuşan qəsəbəsi yaxınlığındakı yanğın qismən söndürülüb.
Yanğın dağ massivindəki meşə hissəsində davam etdiyindən əraziyə Aviasiya dəstəsinin 2 helikopteri, Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri cəlb olunub.
Hazırda yanğınsöndürmə əməliyyatları davam etdirilir.