Şəmkirdə 7 nəfərin öldüyü avtomobil qəzası ilə bağlı cinayət işi açılıb

Şəmkirdə 7 nəfərin öldüyü avtomobil qəzası ilə bağlı  cinayət işi açılıb backend

Şəmkir rayonu ərazisində 7 nəfərin ölümü ilə nəticələnən avtomobil qəzası ilə bağlı cinayət işi açılıb.

"Report"un məlumatına görə, 1966-cı il təvəllüdlü Arif Bağırovun idarə etdiyi "Mercedes" markalı mikroavtobus Ağstafa istiqamətində hərəkətdə olan zaman qarşıda gedən "KamAz" markalı yük maşınının qoşqusuna çırpılıb.

Nəticədə sürücü və avtomobildə olan 6 sərnişin hadisə yerində ölüb.

Daha 5 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib. Onlardan 1-nin vəziyyəti ağır, digərlərinin durumu isə orta-ağır qiymətləndirilir.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

 

*****

Şəmkirdə ağır yol-nəqliyyat hadisəsi nəticəsində ölənlərin və xəsarət alanların kimliyi məlum olub

"Report"un məlumatına görə, qəzada ölənlər - 1992-ci il təvəllüdlü Bayramov Şadət, Bəsti Nəbiyeva, (1975) Aydın Pənahov (1977, Bakı sakini), Qızxanım Tomayeva (1962), Kənan Məmmədov (2008), Fəxriyyə Novruzova (1978) və 1966-cı il təvəllüdlü Bağırov Arifdir.

Xəsarət alanlar isə 1975-ci il təvəllüdlü Şahniyar Pənahova, Kamran Məmmədov (1969), Nərmin Əliyeva (2004), Məcid Qəribov (1995) və Bəkinaz Gözəlovadır (1970).

Faktla bağlı araşdırma aparılır.