Müdafiə Nazirliyindəki xüsusilə külli miqdarda mənimsəmədə təqsirləndirilən sabiq maliyyə xidmət rəisi Namiq Mirzəyevin barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Qaziler.az bildirir ki, "Report"un məlumatına görə, Bakı Hərbi Məhkəməsində hakim Bilal Məmmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Daha sonra cinayət işinin məhkəmə baxışına verilməsi barədə qərar qəbul olunub.
Növbəti iclas avqustun 20-nə təyin edilib.
Qeyd edək ki, DTX-nin həyata keçirdiyi əməliyyat tədbirləri zamanı Namiq Mirzəyevin Müdafiə Nazirliyində 2023- 2024-cü illərdə xüsusilə külli miqdarda dövlət vəsaitini mənimsədiyi məlum olub.
N.Mirzəyev Müdafiə Nazirliyindəki mənimsəməyə görə həbs edilmiş Müdafiə Nazirliyinin Maliyyə-Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov və digərlərinin barəsində DTX-də başlanılmış cinayət işi üzrə məhkəmədə şahid qismində ifadə vermişdi.
O, AR Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham olunur.