İstanbulda kişi məscidi yandırmağa cəhd edib - VİDEO

İstanbulda kişi məscidi yandırmağa cəhd edib - VİDEO backend

İstanbulda polis məşhur Ayasofya məscidini yandıran şəxsi saxlayıb.

Qaziler.az xəbər verir ki, bu barədə “Ekol TV” məlumat yayıb. Görüntülər məscidin təhlükəsizlik kameralarına yansıyıb.

Məlumatda qeyd olunub ki, qırmızı papaqlı şəxs namazdan sonra məsciddə stolun arxasındakı kağız yığınını yandırıb. Yaxınlıqdakı şəxslər yanğını vaxtında görüb və dərhal imama xəbər veriblər. Xoşbəxtlikdən alovun yayılmasının qarşısı alınıb və yanğın söndürülüb.

Polis hadisədən bir neçə saat sonra şübhəli şəxs qismində  Mesut Güçlünü saxlayıb. Həmin şəxsin əvvəllər İstanbulun Bakırköy rayonunda yerləşən psixiatriya klinikasında müalicə aldığı məlum olub. Məhkəmə şübhəli şəxsi həbs edib.

QAZİLER.AZ